Modern.az

Təhsil Nazirliyi BDU-dakı aksiya haqda: "Məsələ araşdırılır"

Təhsil Nazirliyi BDU-dakı aksiya haqda: "Məsələ araşdırılır"

Təhsil

20 Fevral 2014, 15:02


“Bakı Dövlət Universitetində tələbələrin aksiyası Təhsil Nazirliyi məlumatlıdır və məsələ araşdırılır”. Modern.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, aksiya ilə bağlı məlumatlar toplanılır və araşdırılır. Nəticə məlum olan kimi açıqlama veriləcək. Qeyd edək ki, bu gün Bakı Dövlət Universitetində tələbələrin aksiyası keçirilib. Aksiya iştirakçıları Nazirlər Kabinetinin bir müddət öncə qəbul etdiyi qərara etiraz ediblər. Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli 348 nömrəli qərarı ilə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” təsdiq edilib və təhsil nazirinin 21 yanvar 2014-cü il tarixli əmri ilə ali təhsil müəssisələrinə həmin qərarın icra və rəhbərlik üçün qəbul edilməsi tapşırılıb. Tələbələr imtahanlardan kəsirə görə ödənişlərin tələb olunmasına etiraz ediblər. Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov tələbələrin qarşısına çıxaraq bildirib ki, bu qərar BDU-nun deyil, nazirliyin qəbul etdiyi sənəddir.

Aksiyaya polis də müdaxilə edib. Tələbələrdən saxlanılanlar var.

 

  Aytən ƏLİYEVA  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU