Modern.az

Elxan Poluxov artıq Azərbaycanı Mozambikdə də təmsil edir - Təyinat

Elxan Poluxov artıq Azərbaycanı Mozambikdə də təmsil edir - Təyinat

Təhsil

20 Fevral 2014, 15:38

“Azərbaycan Mozambikdə akkreditə olunub. Yəni həmin ölkədə ayrıca səfirlik binası yoxdur”. Bunu Modern.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib. O, Azərbaycanın Mozambikdə səfirliyinin açılması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən qeyd edib ki, Azərbaycanın Cənubi Afrikadakı səfiri eyni zamanda qonşu ölkələrdə də fəaliyyət göstərir.
“Yəni əsas səfirlik binası Cənubi Afrika Respublikasındadır. Amma diplomatik korpus başçısının Mozambikə akkreditə olunması yenidir. Elxan Poluxov 3 ildir ki, Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfiridir”, – deyə Elman Abdullayev bildirib.

Gültəkin ƏLƏSGƏR

Sizə yeni x var
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?