Modern.az

Bəzi özəl bağçalar aylıq 7000 manat TƏLƏB EDİR

Bəzi özəl bağçalar aylıq 7000 manat TƏLƏB EDİR

Təhsil

24 İyun 2025, 12:14

“Hər binanın aşağısında məktəbəqədər hazırlıq mərkəzləri olmalıdır”.

Modern.az xəbər verir ki, bu barədə “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı Siyavuş Novruz deyib.

“Elə olur ki, valideynlərin hər biri işləyir. Binanın aşağısında mağaza, gözəllik salonu açmaq əvəzinə yaşadığı binanın aşağısında daha əlçatan olan məktəbəqədər hazırlıq mərkəzləri yaradılmalıdır ki, valideynlər də rahat olsun. Bir də avtobusa pul verib övladın başqa yerə aparmasın”. 

Özəl məktəbəqədər hazırlıq mərkəzləri var ki, aylıq 7000 manat pul tələb edir. Mən elə bir mərkəz tanımıram ki, orada 7000-lik təhsil verilsin, eyni zamanda Azərbaycanda kimin o qədər pulu var ki, övladını aylıq 7000 manatlıq məktəbəqədər hazırlıq kurslarına aparsın. Hətta nəzərə alsaq ki, hər evdə bir yox iki belə uşaq da ola bilər”.

Whatsapp
Bizə yazın!
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir