Modern.az

Yeni qanun bağçalar üçün nə VƏD EDİR...

Yeni qanun bağçalar üçün nə VƏD EDİR...

Təhsil

24 İyun 2025, 12:30

Şəxsi qənaətimə görə “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik layihəsində yer alan dəyişikliklərin əsas qayəsi həm də, hazırda de-fakto fəaliyyətdə olan məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin qanunvericilik müstəvisində legitimləşdirilməsindən və bu sahədə özəl sektorun rolunun artırılmasından ibarətdir.

Modern.az xəbər verir ki, bu barədə “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı deputat Elçin Mirzəbəyli deyib. 

O qeyd edib ki, təklif olunan dəyişikliklərin qəbul ediləcəyi təqdirdə, məktəbdənkənar təhsil müəssisələri də faktiki təhsil sisteminin bir hissəsinə çevriləcək və həyata keçirilən islahatların təməl istiqamətləri bu sahəyə də hüquqi və digər aspektlərdən təsir göstərəcək: "Dəyişikliklər nəticəsində özəl sektorun təhsil sahəsindəki rolunu artacağını və cəmiyyətə daha çox seçim imkanı verəcəyini də qeyd etmək istəyirəm. Dəyişikliklər, həmçinin məktəbəhazırlıq qruplarının və digər təhsil xidmətlərinin təhsil prosesinin təşkilində daha aktiv rol oynamalarına şərait yaradacaq".

Deputat, həmçinin vurğulayıb ki, dəyişikliklər, eyni zamanda sosial-iqtisadi inkişafla uyğunlaşma və əhatəliliyin artırılmasına da xidmət edir:

“Belə ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının Tədbirlər Planı" çərçivəsində məktəbəqədər təhsil sahəsində alternativ təhsil və maliyyələşmə modelləri nəzərdə tutulur. Bu, baxımdan dəyişikliklərin qəbul edilməsi icma əsaslı məktəbəqədər təhsil, valideyn-dövlət-özəl əməkdaşlığı kimi yeni yanaşmalarla təhsil sisteminin əhatəliliyini artıracaq. Həmçinin, məktəbəqədər təhsil yalnız dövlət müəssisələri ilə məhdudlaşmayacaq, özəl sektorun və icma əsaslı təlim qruplarının da fəaliyyət göstərməsini təşviq edəcək”.

E. Mirzəbəylinin sözlərinə görə, qanun layihəsi valideynlərə övladlarının təhsili üçün daha çox alternativin təqdim edilməsinə, valideyn-dövlət-özəl əməkdaşlığını ön plana çıxmasına, uşaqların inkişafına daha şəffaf və sistemli yanaşılmasına zəmin yaradır:

“Məlum olduğu kimi, hazırda məktəbəqədər yaşlı uşaqların təhsili məktəbəqədər təhsil müəssisələrində, ümumtəhsil məktəblərində və icma əsaslı təlim qruplarında həyata keçirilir. Lakin bəzi özəl uşaq inkişaf mərkəzlərində də bu təhsil praktikasının mövcudluğu bizə göstərir ki, məktəbdənkənar təhsil müəssisələri də bu təhsildə vacib rol oynayırlar. Bu qanun layihəsi ilə məktəbəqədər təhsilin həyata keçirildiyi müəssisələrə məktəbdənkənar təhsil müəssisələri də daxil ediləcək. Beləliklə, təhsilin əhatə dairəsi daha da genişlənəcək və uşaqların inkişafı üçün daha çox imkanlar yaradılacaq. Bu isə, məktəbəqədər təhsil sahəsində keyfiyyətin daha da artırılmasına və rəqabət mühitinin inkişafına imkan verəcək”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir