Modern.az

Kiyevdə müxalifət yeni tələb irəli sürdü - Ölənlər 35-ə, yaralananlar 800-ə çatdı - FOTO+VİDEO

Kiyevdə müxalifət yeni tələb irəli sürdü - Ölənlər 35-ə, yaralananlar 800-ə çatdı - FOTO+VİDEO

20 Fevral 2014, 16:15

“UDAR” partiyasının lideri Vitali Kliçko Ukrayna prezidenti Viktor Yanukoviçi qan tökülməsini dayandırmaq üçün bir daha növbədənkənar prezident seçkilərinə getməyə çağırıb. Modern.az saytı Ukrayna KİV-nə istinadən xəbər verir ki, o, ukraynalılara da müraciət edib:

“Əziz ukraynalılar! Bu gün-həlledici gündür. Qan tökülür. Hakimiyyət bütün dünyanın gözü önündə qan tökülməsi üçün provakasiyalara rəvac verir. Silahlanmış cinayətkarlar küçələrdə insanları döyərək, bununla vətəndaşların əks müqavimətini nümayiş etdirmək istəyirlər. Amma bu planlar baş tutmayacaq. Biz ilk növbədə bunları etməliyik:
Birincisi, Ali Radanın deputatları təcili saat 13-də parlamentə yığışıb böhrandan çıxış yollarını qəbul etməliyik. İkincisi, prezident Yanukoviç növbədənkənar prezident seçkilərinə getməlidir. Bu indi zorakılığın dayandırılması üçün yeganə çıxış yoludur”.

O, ukraynalıları daha da sıx birləşməyə də çağırıb: “Öz həyatınızın, sağlamlığınızın və varlığınızın müdafiəsi üçün birləşin! Qonşularınızla və dostlarınızla birlikdə küçələrdə dərəbəyliyə son qoyun. Biz qan axıdılmasını dayandırmağa borcluyuq”.

Sov məlumata görə, Kiyevin mərkəzində toqquşmalarda həlak olanların sayı 35 nəfərə çatıb. Ölənlərdən 12-sinin polis əməkdaşı olduğu bildirilir. Qarşıdurma zamanı xəsarət alanların sayı 800 nəfəri ötüb.





















Modern. az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU