Modern.az

ADU-nun mətbuat xidməti 5 yaşını qeyd edəcək

ADU-nun mətbuat xidməti 5 yaşını qeyd edəcək

Təhsil

20 Fevral 2014, 16:38

Fevralın 21-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin ictimaiyyətlə əlaqə və mətbuat xidməti şöbəsinin yaranmasının 5 illiyi münasibətilə tədbir keçiriləcək. ADU-dan Modern.az-a verilən məlumata görə, tədbirdə millət vəkilləri, ölkənin tanınmış jurnalistləri, ali təhsil müəssisələrinin və dövlət orqanlarının analoji strukturlarının rəhbərləri iştirak edəcək.

Tədbirdə ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov, Mətbuat Şurasının sədri Əflatun Amaşov və Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlının da çıxışı nəzərdə tutulur.

Xatırladaq ki, ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidməti şöbəsi 2008-ci ilin dekabrından fəaliyyətə başlayıb. 2010-cu ildə ADU-nun mətbuat xidməti "İlin mətbuat xidməti” adını qazanıb. 2011-ci ildə isə xidmət rəhbəri Z. Kazımova ali təhsil müəssisələrinin analoji strukturları içərisində ”İlin mətbuat katibi” seçilib.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU