Modern.az

Sertifikasiyada yüksək bal: “İxtisasını bilənə suallar çətin deyildi”

Sertifikasiyada yüksək bal: “İxtisasını bilənə suallar çətin deyildi”

Təhsil

24 İyun 2025, 14:37

Sertifikasiyada 58 bal toplayan daha bir müəllim imtahanla bağlı fikirlərini bölüşüb.

Modern.az AzEdu.az-a istinadən xəbər verir ki, 306 nömrəli tam orta məktəbin biologiya müəllimi Günay Abdullayeva sertifikatlaşdırma imtahanında 58 bal toplayıb.

Müəllim bildirib ki, suallar onun üçün qaneedici olub:

"Suallar məni tam qane edirdi. Düşünürəm ki, iki sualı kurikulumdan səhv yazmışam. Məncə, ixtisasını bilən müəllim üçün sualları cavablandırmaq çətin deyil. Yeganə problem həyəcan oldu. Həyəcanlandığım üçün imtahandan tez çıxdım və ona görə də hansı sualı səhv etdiyimi yoxlaya bilmədim", -deyə Günay Abdullayeva əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!