Modern.az

60 bal topladı – Region birincisi oldu

60 bal topladı – Region birincisi oldu

Təhsil

24 İyun 2025, 19:23

Göyçay şəhər akademik Ziya Bünyadov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin biologiya müəllimi Səidə Salihova sertifikasiya imtahanında maksimal 60 bal toplayaraq region birincisi olub.

Artıq 4 ildir ki, bu məktəbdə rus bölməsində çalışan Səidə müəllim 2021-ci ildə keçirilən Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında da 57 bal toplayaraq respublika üzrə birinci olmuşdu. Bu uğurla öz rekordunu yeniləyən region müəllimi imtahana böyük hədəflər və yüksək gözləntilərlə hazırlaşdığını qeyd etdi.

Modern.az xəbər verir ki, Səidə Salihova “Azərbaycan müəllimi”nə imtahan təəssüratlarını bölüşüb: "İmtahan çox şəffaf, səliqəli və rahat keçdi. Həm nəzarətçilər, həm də təşkilatçılar hər şeyi yüksək səviyyədə təşkil etmişdilər. İxtisas sualları mənə çox rahat gəldi, kurikulumla bağlı isə bir-iki çaşdırıcı məqam olsa da, ümumilikdə çətin deyildi".

O, əldə etdiyi uğurda ailəsinin böyük rolunun olduğunu xüsusi qeyd edərək duyğularını belə ifadə etdi: "Bu nəticəyə çatmağımda ailəmin, xüsusilə də anamın və atamın dəstəyi əvəzsizdir. Onlara buradan sonsuz təşəkkürlərimi bildirirəm".

Sonda Səidə müəllim imtahana hazırlaşan digər müəllimlərə səslənərək, "İmtahana hazırlaşan hər kəsə uğur diləyirəm. Hər uğurun açarı əzmlə çalışmaq və özünə inanmaqdır", - deyə tövsiyə verdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!