Modern.az

Fizika müəllimi sertifikasiyadan 60 bal yığdı

Fizika müəllimi sertifikasiyadan 60 bal yığdı

Təhsil

25 İyun 2025, 15:40

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi bu gün də davam edir.

Modern.az xəbər verir ki, artıq bir neçə müəllimin 60 bal topladığı məlum olub.

Göyçay şəhəri Mehman Muradov adına 4 nömrəli tam orta məktəbin fizika müəllimi Könül Hacıyeva imtahanda yüksək nəticə göstərərək maksimum 60 bal toplayıb.

Xatırladaq ki, 25 iyun tarixində keçirilən test imtahanında fizika və informatika fənlərini tədris edən müəllimlər iştirak edirlər.

Bugünkü test imtahanına ümumilikdə 7096 nəfər müəllim dəvət olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?