Modern.az

Fizika müəllimi 50 dəqiqəyə maksimal bal topladı

Fizika müəllimi 50 dəqiqəyə maksimal bal topladı

Təhsil

25 İyun 2025, 20:35

Müəllimlərin sertifikatlaşdırılmasının test imtahanı mərhələsinin sonuncu günündə Mil-Muğan Regional Təhsil İdarəsi üzrə 2 müəllim 60 bal toplayıb.

 

Modern.az xəbər verir ki, “Azərbaycan müəllimi” həmin müəllimlərin imtahan təəssüratlarını öyrənib. Beyləqan şəhəri Mehdi Mehdizadə adına 3 nömrəli tam orta məktəbin fizika müəllimi Ruhiyyə Əliyevanın sözlərinə görə, o, qarşısına məqsəd qoyaraq imtahana hər gün ciddi şəkildə hazırlaşıb:

 

 

“Suallar normal idi, aralarında asan, orta və çətin səviyyəli olanları vardı. Demək olar ki, 50 dəqiqəyə sualları cavablandırıb bitirdim. Sertifikatlaşdırma prosesinin üstün cəhətləri çoxdur. Müəllim öz üzərində çalışır, ixtisasını təkmilləşdirir. Mən bu prosesə çox müsbət yanaşıram. Müəllimlərə tövsiyəm odur ki, əzmlə çalışsınlar, imtahan olsun-olmasın, daim ixtisasları üzrə öz üzərlərində işləsinlər”.

 

Beyləqan şəhəri Humanitar fənlər təmayüllü liseyin informatika müəllimi Xanım Ələmdarlı da maksimum nəticə – 60 bal toplayan müəllimlərdəndir. Xanım müəllim bildirir ki, imtahanda cəmi 1 saat 41 dəqiqə iştirak edib:

 

 

“İmtahana 2 ay qalmış ciddi hazırlaşmağa başladım. 101-ci dəqiqədə imtahanı tamamladım. İxtisas sualları rahat idi, lakin metodika sualları bir qədər düşündürücü idi. İmtahana hazırlaşan müəllimlərə demək istəyirəm ki, əgər ixtisasdan zəifdirlərsə, mütləq ciddi şəkildə hazırlaşsınlar. Suallar yazıla bilməyəcək səviyyədə deyil. Sertifikatlaşdırmanın əsas əhəmiyyəti müəllimin yeni biliklər qazanması və inkişaf etməsidir”.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?