Modern.az

Gözünü arı sancan kimya müəllimi: “Tək gözlə 55 bal topladım”

Gözünü arı sancan kimya müəllimi: “Tək gözlə 55 bal topladım”

Təhsil

25 İyun 2025, 21:43

Sertifikatlaşdırma prosesi həm də maraqlı anlarla yadda qalıb.

Modern.az "Azərbaycan müəllimi"nə istinadən xəbər verir ki, Qax şəhər Dilarə Əliyeva adına 1 nömrəli tam orta məktəbin kimya müəllimi Firuzə Əhmədovanı imtahandan öncə gözündən arı sancıb.

Yaxınları ona imtahana qatılmamağı tövsiyə etsə də, müəllim prosesdə iştirak edib və 55 bal toplayaraq Qax rayonunda öz fənni üzrə birinci olub.

"Tək gözlə imtahandan 55 bal topladım. İmtahanda hər səviyyədən suallar var idi. İlk 30 sualı bitirəndə cəmi 22 dəqiqə keçmişdi. Proses tam şəffaf şəkildə keçdi. Düşünürəm ki, fənnini bilən və vaxtı düzgün dəyərləndirən hər bir müəllim yaxşı nəticə göstərə bilər", - o deyib.

Firuzə Əhmədova 2011-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsindən məzun olub. 2020-ci ildə MİQ imtahanından keçərək Qaxın Qorağan kəndində müəllimlik fəaliyyətinə başlayıb. Ötən il isə yenidən MİQ imtahanında iştirak edib və 86,6 bal toplayaraq iş yerini Qax şəhər 1 nömrəli tam orta məktəbinə dəyişib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?