Modern.az

BDU-da etiraza səbəb olmuş kredit sistemi ilə bağlı görüş keçiriləcək

BDU-da etiraza səbəb olmuş kredit sistemi ilə bağlı görüş keçiriləcək

21 Fevral 2014, 11:41

“Kredit sistemi ilə təhsilin təşkilinə dair qaydalar üzrə daha ətraflı izahatların verilməsi məqsədilə bu gün saat 12-də Bakı Dövlət Universitetində Təhsil Nazirliyinin nümayəndəsinin iştirakı ilə tələbələrin rektorla görüşü olacaq”.

Bunu Modern.az-a açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova deyib.

Qeyd edək ki, dünən BDU-da Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarının təsdiq edilməsi haqqında” Qərarı ilə bağlı etiraz aksiyası keçirilib.

 

Misranə Həsənzadə

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU