Lerik rayon Əhəd Rzayev adına Orand kənd tam orta məktəbinin fizika müəllimi Müqabil Maşalla oğlu Rəhimov təhsilverənlərin dünən keçrilən sertifikasiya imtahanında yaxşı nəticə göstərib.
Modern.az xəbər verir ki, Müqabil müəllim 60 mümkün baldan 51 bal toplayıb.
Məsələ burasındadır ki, Müqabil Rəhimov 67 yaşındadır və o, sertifikasiya prosesinə könüllü qatılıb.
Qeyd edək ki, Müqabil Rəhimov bu göstərici ilə maaşı 35 faiz artan təhsilverənlər sırasına düşüb.