Modern.az

Deputat Oğuzda seçiciləri ilə görüşüb

Deputat Oğuzda seçiciləri ilə görüşüb

22 Fevral 2014, 10:34

117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə Millət vəkili  Aqiyə  Naxçıvanlı 19-21 fevralda  Oğuz rayonunda seçiciləri ilə görüşüb. Modern.az-ın məlumatına görə, görüşdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərin çevik həll edilməsi məqsədi ilə görüşə Oğuz Rayon Əmək və Əhalinin Müdafiəsi Mərkəzinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz Rayon şöbəsinin, Oğuz şəhər və bir neçə kənd bələdiyyəsinin sədrləri də dəvət edilib. Deputat seçicilərin hər birini ayrı-ayrılıqda qəbul edərək onların problemlərini dinləyib, qaldırılan bəzi məsələləri yerində həll edərək, digərlərinin həlli üçün isə müvafiq tapşırıqlarını verib.

Deputat həmçinin Oğuz şəhərində aparılan abadlıq-quruculuq işləri ilə yerində tanış olub, yeni asfalt örtüyü salınmış küçələrə baxış keçirilib, Heydər Əliyev Mərkəzinin tikintisi ilə yaxından maraqlanıb. Millət vəkili fevralın 20-də Oğuz Rayon İcra Hakimiyyətinin “2013-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2014-cü ildə qarşıda duran vəzifələr”ə həsr olunmuş geniş şura iclasda iştirak edib. İclasda çıxış edən Millət vəkili məruzəsini bilavasitə cənab Prezident İlham Əliyevin Nazirlər Kabinetində 2013-cü ilinin yekunlarına həsr olunmuş iclasda qaldırdığı məsələlər üzərində quraraq respublikada və Oğuz rayonunda aparılan işlər haqqında söz amıb. Ölkədə gedən uğurlu inkişafa nəzər salaraq Oğuzun da bundan yetərincə bəhrələndiyini bildirib. Bundan başqa millət vəkili Oğuzda turizmin inkişafı, rayon ərazisində qeydiyyata alınmış 32 tarixi abidənin bərpası və qorunması, gənclərin peşə seçimi və asudə vaxtlarının səmərəli keçirilməsi, İdman kompleksinin fəaliyyəti, səhiyyə və digər əhəmiyyətli sahələrin işləri barəsində öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.

Həmçinin Millət vəkili 21 fevral 2014-cü il tarixdə Oğuz Rayon Mədəniyyət Mərkəzində Xocalı faciəsinin 22-ci ildönümü münasibəti ilə Xocalı rayonundan olan qaçqınlarla da görüşüb. O, bu faciənin tək onların yox, Azərbaycan xalqının başına gətirildiyini bildirərək, onları daha əzmli olmağa və ölkə Prezidentinin bu sahədə aparılan siyasətinin uğurla nəticələnəcəyinə inanmağa səsləyib. Tədbirin sonunda Xocalıdan olan 12 ailəyə deputat tərəfindən ərzaq yardımı verib.












 

Modern.az

 
Sizə yeni x var
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?