Misir tarixində ilk dəfə “Ad-Dustur” Liberal Partiyasının sədri fəal qadın Halya Şukr Alla seçilib. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, bu haqda partiyanın keçmiş sədri Məhəmməd Baradeyi məlumat verib: “Partiyanın üzvü Halya Şukr Alla tanınmış partiya xadimidir. Onun lehinə 107 nəfər partiya üzvü (əleyhinə 57 nəfər) səs verib”, - Baradeyi deyib.