Modern.az

Babək prospekti bağlanacaq

Babək prospekti bağlanacaq

22 Fevral 2014, 17:42

“Avropa oyunlarının Bakıda keçirilməsi ilə bağlı tədbirlər planına uyğun olaraq paytaxtın bəzi yolları təmirə dayanacaq”.

Bu barədə Modern.az-a “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat vberib. O, bidirib ki, Mikayıl Əliyev küçəsinin Koroğlu metrostansiyasından Babək prospektinə qədər olan hissəsi təmirə dayanacaq. Bundan başqa Ziya Bünyadov peospekti yenidən qurulub istifadəyə veriləcək. “Su oyunları keçirilən əraziyə yeni avtomobil yolu çəkiləcək. Həsən Əliyev küçəsinin sonundan Alimpiya Stadionuna birbaşa yol çəkilməlidir. Eyni zamanda ora tunellərin də tikilməsi nəzərdə tutulub. Bundan başqa Şəfa standionunun qarşısında avtomobil tuneli və piyada keçidi yekunlaşmalıdır. Bir sözlə 2015- ci ilə kimi bu işlər hamısı yekunlaşdırılacaq”.  

ASC rəsmisi onu da bildirdi ki, Avropa oyunlarının Bakıda keçirilməsi ilə əlaqədar tədbirlər planına yarım iş günlərində maneəsiz və fasiləsiz hərəkəti təmin etməklə bir çox işlərin görülməsi nəzərdə tutulub.

 

Gültəkin ƏLƏSGƏR  

 
Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU