Modern.az

“Azəryolservis”ASC peşə bayramını qeyd edir

“Azəryolservis”ASC  peşə bayramını qeyd edir

22 Fevral 2014, 16:45

Bu gün Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin yaradılmasından 7 il ötür. ASC işçiləri peşə bayramlarını qeyd edir. Modern.az Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin gördüyü işlərə işıq salıb.

Sürətli və dinamik inkişaf yolunda olan Azərbaycan hazırda  regionun qüdrətli dövlətlərindən birinə çevrilib. Dünya  birliyi  tərəfindən yüksək  reytinqlə  qəbul  edilən ölkəmizin siyasi, sosial-iqtisadi sahələrdə əldə etdiyi uğurların təməlində ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan xarici və daxili siyasət dayanır.

Qeyd etmək yerinə düşər ki, düşünülmüş bu strategiyanın əsas mərhələsi ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. 1993-cü ilin 15 iyununda ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı digər sahələrdə olduğu kimi nəqliyyat-yol sektorunun fəaliyyətində də tənəzzülə son qoydu.

Ümummili lider bu sahənin  ölkə iqtisadiyyatındakı rolunu düzgün dəyərləndirərək  islahatların aparılmasını daim diqqətədə saxlayırdı. Məhz onun uzaqgörən siyasəti və gərgin əməyi nəticəsində sözegedən sektorun inkişafı məqsədilə struktur dəyişikliklər aparıldı. 5 avqust 1998-ci ildə Nəqliyyat Nazirliyi təsis edildikdən sonra 23iyun 2003-cü ildə nazirliyin tabeliyində "Yolnəqliyyatservis" Departamenti yaradıldı. Eyni zamanda respublika və yerli əhəmiyyətli avtomobil yolları Departamentin balansına götürülrək, tabeliyinə verilən Yol İstismar İdarələrinin fəaliyyəti genişləndirildi. Beləliklə nəqliyyat infrastrukturunun tərkib hissəsi olan yol təsərrüfatının inkişaf yolundakı maneələr dəf edildi.

“Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə həyat deməkdir”. Ulu öndərin bu fikirlərini eşidəndə onun yol təsərrüfatının inkişafına nə qədər böyük önəm verdiyini bir daha gözəl anlayırsan.

Xatırlatmaq yerinə düşər ki, Avropa Birliyinin TRASEKA marşrutu olan Qərb-Şərq nəqliyyat dəhlizinin Azərbaycanın ərazisindən keçməsində ümummilli lider Heydər Əliyevin gərgin fəaliyyətinin və qətiyyətinin əvəzsiz rolu olub. 1998-ci ilin sentyabrında Heydər Əliyevin təşəbbüsü ilə  “Tarixi İpək yolunun bərpasına həsr olunmuş Beynəlxaq Konfrans”ın məhz Bakıda keçirilməsi, 32 ölkənin və 13 beynəlxalq təşkilatın səlahiyyətli nümayəndələrinin iştirak etdiyi konfransda Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsi üzrə beynənxalq nəqliyyat haqqında çox mühüm sənədin imzalanması respublikamızın geostrateji və coğrafi əhəmiyyətini daha da artırdı.

Bu gün qürur hissi ilə deyə bilərik ki, ulu öndərin inkişaf strategiyasını  uğurlu şəkildə davam etdirən prezident İlham Əliyev  ölkə başçısı seçildikdən sonra bütün sahələrlə yanaşı, nəqliyyat-yol kompleksində, eləcə də yol təsərrüfatında sistemli və kompleks tədbirlərin həyata keçirilməsi dinamik xarakter alıb. Ölkənin regionlarında, eləcə də  paytaxt Bakıda vəziyyət kökündən dəyişib, paralel olaraq  imzalanan sərəncamlar sözügedən sahənin yeniləşdirilməsinə xidmət edib. Ölkə başçısının 22 fevral 2007-cı il tarixli sərancamı bu baxımdan mühüm əhəmiyyətə malikdir. Ölkənin nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Azərbaycan prezidentinin  22 fevral 2007-ci il tarixli sərancamına görə, Nəqliyyat Nazirliyinin "Yolnəqliyyatservis" Departamenti Məhdud Məsuliyyətli  Cəmiyyətinin təşkilatı-hüquqi  forması dəyişdirilərək Nəqliyyat Nazirliyinin tabeliyində "Azəryolservis" ASC yaradıldı. Bununla da Azərbaycanın yol təsərrüfatında yeni mərhələ başlandı. Son illərdə həyata keçirilən məqsədyönlü tədbirlər infrastrukturun müasirləşdirilməsinə səbəb oldu.

 

 Əvvəllki illərlə müqayisədə yol infrastrukturu demək olar ki, çox dəyişib. Bu sahənin hərtərəfli inkişafı üçün çox böyük işlər görülüb və hazırda da uğurla davam etdirilir. Ölkə başçısı  aparılan işlərə xüsusi əhəmiyyət verərək mütəmadi olaraq həyata keçirilən  işlərin gedişatı ilə maraqlanıb, açılış mərasimlərində şəxsən iştirak edib.

Yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən  məqsədyönlü və sistemli tədbirlərin nəticəsi olaraq, avtomobil yollarının tikintisi, yenidənqurulması, təmiri  üzrə işlərin həcmi  ildən-ilə artıb.   Son  illərin göstəricilərinə nəzər saldıqda statistik rəqəmlər də son 10 ildə müsbət dəyişikliklər baş verdiyini bir daha təsdiqləyir.

Ölkənin ümumi istifadədə olan avtomobil yollarının uzunluğu 2003-cü ildə 18754km təşkil edirdisə, 2008-ci ildə bu göstərici 18902, 2013-cü ildə isə 19000km-ə çatdırılıb ki, bunun da 17529km-i Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-in balansındadır.

Son 10 il ərzində avtomobil yollarının tikintisində və təmirində istifadə olunan 3014 ədəd müxtəlif təyinatlı nəqliyyat vasitələri, yol tikinti maşınları, avadanlıq və qurğular alınıb, ümumi gücü saatda 2240 tondan çox olan 33ədəd asfalt beton zavod istifadəyə verilib. 2003-2013-cü illər ərzində respublikada yeni tikilən, yenidənqurulan, əsaslı təmir olunan yolların uzunluğu 8332km olub. Bu dövrdə ümumi istifadədə olan avtomobil yollarında 222 yeni körpü və yolötürücüsü tikilib.

 

Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dünya əhəmiyyətli İpək Yolu layihəsinin Azərbaycan ərazisi boyu Bakıdan Gürcüstan ilə sərhədədək  513kilometrlik hissəsində həyata keçirilən işlər  Nəqliyyat Nazirliyi tərəfindən uğurla davam etdirilib. Ölkə başçısı İlham Əliyevin rəhbərliyə başladığı vaxtdan etibarən sözügedən magistralın texniki vəziyyətinin öyrənilməsi və yenidənqurulması üçün tələb olunan maliyyə mənbələri həll olunub, eyni zamanda 2-ci  texniki dərəcəli, 2 hərəkət zolaqlı hissələrinin 1-ci texniki dərəcəli  yolun parametrlərinə uyğunlaşdırılması işlərinin çox hissəsi yerinə yetirilib. Bakıdan Gürcüstan ilə sərhədədək tikintinin intensiv aparıldığı magistralın artıq 312,5km-lik 2-ci texniki dərəcəli, 209km-lik 1-ci texniki dərəcəli hissələri yenidən qurularaq istifadəyə verilib. Hazırda Hacıqabul-Kürdəmir, Kürdəmir-Ucar-Yevlax hissələrinin əlavə 2hərəkət zolağı tikilməklə 1-ci texniki dərəcəyə çatdırılması işləri davam etdirilir.

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsi olmaqla  ölkənin Şimal hissəsində yerləşir.  Hərəkətin intensiv olduğu bu magistral Bakını Rusiya dövlət sərhədi ilə birləşdirir. Ümumi  uzunluğu  208km  olan   magistralın    6-16km  hissəsi  asfalt-beton ,  16-134km  hissəsi  sement-beton  örtüklü  olmaqla  yenidən  qurulub, eyni  zamanda  Sumqayıt  dairəvi,  Gəndob-Quba  hissələrinin,  11-ci və   16-cı  kilometrlərində  yol  qovşaqlarının,  Masazır  dairəsində  yol  ötürücüsünün  və  Dəvəçi  çayı  üzərində  uzunluğu  540 paqon metr  olan   körpünün  tikintisi  işləri  başa  çatdırılıb.   Gəndob-Rusiya  Federasiyası    ilə  dövlət  sərhədi  hissəsinin (59,6km) 4 zolaqlı  hərəkət  üçün  asfalt-beton  örtüklü  olmaqla  yeni  trassa  üzrə  tikintisi  işləri   hazırda  həyata keçirilir.

Digər strateji əhəmiyyətli arterial nəqliyyat dəhlizi olan Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yolunun 41,6km-lik sahəsi, nəqliyyat sisteminin daha effektli işləməsinə imkan verən Bakı-Şamaxı-Yevlax avtomobil  yolunun Muğanlıyadək, Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan  Respublikası  ilə  dövlət  sərhədi  avtomobil  yolunun Hacıqabul-Bulaqlı hissələri ölkə başçısının iştirakı ilə istifadəyə verilib.

Bundan əlavə Bakı-Quba Rusiya Federasiyası  ilə  dövlət  sərhədi,  Bakı-Ələt-Qazax-Gürcüstan  sərhədi  avtomobil  yollarını    əlaqələndirən  və  tranzit  daşımaları üçün  müstəsna  əhəmiyyət  kəsb  edən  H.Z.Tağıyev-Sahil  avtomobil  yolunun  2 zolaqlı  olmaqla  yenidən  qurulması üzrə işlərin 80 faizi yerinə yetirilib. Uzunluğu 41,4km olan  yol  respublikanın  cənub  və  qərb  istiqamətindən  gələn  nəqliyyat  vasitələrinin  Bakı  şəhərinə  daxil  olmadan  Bakı-Rusiya  Federasiyası  dövlət  sərhədi  avtomobil  yolunun  36-cı   kilometrinə  çıxışını  təmin  etməklə  hər  iki  istiqamətdə  məsafəni  100km-ə  qədər  qısaldacaq.

Təsadüfi deyil ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları təsdiq olunarkən qarşıya qoyulan başlıca vəzifələrdən biri yol təsərüfatının  bərpası, yenidənqurulması və müasir standartlara çatdırılması olub. Ölkə başçısı İlham Əliyev regionların sosial-iqtisadi inkişafı proqramının uğurla yerinə yetirilməsində ilk növbədə müasir tələblərə cavab verən yolların mühüm əhəmiyyət kəsb etdiyini belə vurğulayıb: "Müasir infrastruktur və yol olmadan iqtisadi inkişaf mümkün deyil". Bunun nəticəsidir ki, “Azərbaycan Respublikası regionlarının 2004-2008 və 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası nəticəsində  yol qurgularının, eləcə də ölkənin bütün regionlarını və yaşayış məntəqələrini birləşdirən avtomobil yollarının yenidən qurulması və tikintisi üzrə irimiqyaslı  layihələr həyata keçirilib.

Bu çərçivədə həyata keçirilən bütün işlər  ölkə prezidentinin həmişə diqqət mərkəzində olub. Ölkə Prezidenti son illər dəfələrlə bölgələrə səfər edib, respublika və yerli əhəmiyyətli yolların yolların yenidən qurulması, həttə ucqar dağ kəndlərinə yeni yolların çəkilməsi üçün konkret tapşırıqlar verib. Yerinə yetirilən konkret tədbirlərin fonunda Biləsuvar-İran sərhədi,   Lənkaran-Lerik, Masallı-Yardımlı,  Gəncə-Daşkəsən-Xoşbulaq, Quba-İspik-Xınalıq,   Şamaxı-Pirqulu,  Tovuz-Əlibəyli,  Şəmkir-Gədəbəy, İsmayıllı-Qəbələ, Xaldan-Mingəçevir, Ağdaş-Ləki, Quba-Qəçrəş-Qımılqazma, Qusar-Əniğ-Ləzə, Qazaxbəyli-Aşağı Salahlı, Qəbələ-Ağdaş, Oğuz-Qəbələ, Quba-Qusar, Şəki-Qax, Agstafa-Poylu-Gürcüstan sərhədi, Yevlax-Xocalı-Laçın yolunun Yevlaxdan Bərdəyədək olan hissəsinin və digər avtomobil yollarının yenidən qurulması dövlət proqramlarının uğurla həyata keçirilməsinin məntiqi nəticəsidir.

Gündən-günə, aydan-aya müasirləşən, dünyanın ən gözəl şəhərinə çevrilən paytaxt Bakı şəhərinində nəqliyyat  intensivliyinin  artması vaxtilə küçə və yollarda kəskin tıxacların yaranmasına gətirib çıxarırdı. Belə ki, insanlar hər gün meydana gələn nəqliyyat tıxaclarında vaxtlarının çox hissəsini itirirməli olurdu.  Həlli vacib olan digər məsələlərlə yanaşı, nəqliyyat sisteminin fəaliyyətinə təsir edən bu problem də ölkə başçısı İlham Əliyevin diqqətindən yayınmadı.  Nəqliyyat tıxaclarının ən çox yarandığı  yerlərdə vəziyyətlə tanış olduqdan sonra məslənin həllinə böyük diqqət və həssaslıqla yanaşaraq bu sahədə kompleks tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə geniş proqramın hazırlanması tapşırığını verdi. Beləliklə dövlət başçısının  Bakı şəhərində nəqliyyat sisteminin təkmiklləşdirilməsi üzrə 2006-2007-ci və 2008-2013-cü illər üzrə Tədbirlər Planının təsdiq edilməsi haqqında sərəncamları qısa müddətdə paytaxtda  irimiqyaslı layihələrin həyata keçirilməsi ilə müşayiət olundu. Nəqliyyatın intensiv olduğu ərazilərdə  yol qovşaqlarının və piyada keçidlərinin  tikintisi nəhayət,  öz nəticəsini verdi. 2006-cı ilin dekabr ayının 22-də Tbilisi prospekti ilə Salamzadə küçəsinin kəsişməsində, onun ardınca Ziya Bünyadov-Atatürk prospektlərinin kəsişmısində inşa olunan yolötürücüləri ölkə başçısının iştirakı ilə istifadəyə verildi. Açılış mərasimində iştirak edən ölkə başçısı yolötürücülərinin müasir standartlara cavab verdiyini  vurğuladı.

Ötən müddət ərzində paytaxt Bakı şəhərində 60-dan artıq   yolötürücüsü, tunelin istismara verilməsi nəqliyyat sistemidə gərginliyi xeyli yüngünləşdirməklə yanaşı, paytaxtın simasına da möhtəşəmlik gətirib. Milli memarlıq ənənələr və müasir texnalogiyalar əsasınada inşa olunan cəlbedci görkəmə malik bu qurğular ölkə prezidenti İlham Əliyevin nəqliyyat sahəsindəki məqsədyönlü siyasətinin real nəticəsidir.

Nəzərə alsaq ki, avtomobil yollarında piyadaların hərəkəti yol qəzalarının yaranması ilə yanaşı, nəqliyyat tıxaclarını yaradan amillərdəndir, son illərə qədər Bakı şəhəri və Abşeron yarımadasında bu istiqamətdə vəziyyət, sözün həqiqi mənasında ağır idi. Paytaxtın müxtəlif yerlərində piyadaların təhlükəsiz hərəkətini təmin edən keçidlərinin olmaması, mövcud 10-a yaxın keçidin bərbad vəziyyətdə olması  ciddi narahatlıq doğururdu.  Bu baxımdan dövlət başçısının  Bakı şəhərində nəqliyyat sisteminin təkmiklləşdirilməsi üzrə 2006-2007-ci və 2008-2013-cü illər üzrə Tədbirlər Planının təsdiq edilməsi haqqında sərəncamlarının icrası məqsədilə əsasən piyadaların və nəqliyyatın sıx olduğu ərazilərdə yeraltı və yerüstü piyada keçidlərinin tikintisinə başlanıldı. Sərəncamın icrası   istiqamətdə atılan ilk addım 2006-cı ilin dekabr ayının 22-də Səməd Vurğun küçəsi ilə Nizami küçəsinin kəsişməsində, eyni zamanda,  Bülbül prospekti ilə Füzuli küçəsinin kəsişməsində inşa olunan piyada keçidlərinin açılışı olub.

Son bir neçə il ərzində paytaxt Bakı şəhərində mövcud 10 piyada keçidi əsaslı təmir olunub, 60-a yaxın yeni yeraltı və yerüstü piyada keçidi inşa edilərək şəhər sakinlərinin istifadəsinə verilib. Xüsusi zövqlə və dizaynla inşa edilən keçidlər piyadaların  rahatlığına  şərait yaratmaqla yanaşı, ən müasir avadanlıqlarla təhcizatı, arxitektura tərtibatı  baxımından diqqəti cəlb edir.

Ölkəmizdə həyata keçirilən yenidənqurma və abadlıq işləri Bakı şəhəri daxil olmaqla ətraf rayon və qəsəbələrdən də yan keçməyib. Bakı  şəhərində  nəqliyyat  sisteminin  təkmilləşdirilməsi  üzrə  tədbirlər  planının,  Bakı  şəhəri  qəsəbələrinin  sosial-iqtisadi  inkişafının  sürətləndirilməsinə  dair  tədbirlər  proqramının  icrası  nəticəsində paytaxtın  yol  infrastrukturundakı çətinliklər çoxdan arxada qalıb. Həmin vaxtdan indiyədək bu istiqamətdə infrastrukturunun yaxşılaşdırılması yönündə görülən ardıcıl tədbirlər bu gün də davam etdirilməkdədir.

Hazırda Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Bakı şəhərində xidmət göstərilən yollar,prospekt və küçələrin ümumi uzunluğu 1525km-dir. 2008-2013-cü illər ərzində Bakı şəhərində  yeni tikilən, yenidənqurulan və təmir olunan yolların uzunluğu 703,3km olub. Zabrat-Balaxanı-Mehdiabad-Xırdalan-Binqədi, Zıg dairəsi-Hava Limanı, Böyükşor dairəsi-Hava  Limanı,  Azadlıq  meydanı-Zığ dairəsi,  Bakı dairəvi-1,  Baki-Ələt yolunun 2-6km, şəhər şossesinin Sabunçu qovşağından  Zabrat dairəsinədək olan hissələri, Zabrat-Maştaga-Buzovna, Zıg dairəsi-Heydər Əliyev Hava Limanı  avtomobil  yolundan  Qala  qəsəbəsinə gedən  və  digər yollar, prospekt  və  küşələrdə  aparılan  tikinti  və  yenidənqurma  işləri  kəskin nəqliyyat tıxaclarını aradan qaldıraraq avtomobillərin  maneəsiz  və  təhlükəısiz  hərəkətinə  şərait yaradıb.

Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə əlaqədar  nəzərdə tutulan işlər artıq çoxdan müəyyən olunub. Şəhərin nəqliyyat sisteminin təkmilləşdirilməsi ilə yanaşı, yarış günlərində maneəsiz və fasiləsiz hərəkəti  təmin etmək üçün Nəqliyyat Nazirliyi tərəfindən nəqliyyat-yol kompleksi üzrə tədbirlər planı təsdiq edilib. Tədbirlər Planına uyğun olaraq mövcud avtomobil yollarının təmiri, yeni avtomobil yollarının, yol qovşaqlarının, piyada keçidlərinin tikintisi üzrə yol təsərrüfatı işçilərini konkret vəzifələr gözləyir.  Nəzərdə tutulan işlərin vaxtında yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün artıq bütün imkanlar səfərbər edilib.

Bir sözlə, bütün bunlar onu göstərir ki, zəngin potensiala mailk olan Azərbaycanda yol infrastrukturunun inkişafı ölkənin əsas prioritetlərindən birinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili siyasəti sayəsində qazanılan uğurların sırasında  bu sahənin inkişafı önəmli yer tutur. Azərbaycanda ən müasir nəqliyyat-yol infrastrukturu yradılacaq deyən ölkə başçısı  İlham Əliyev son 10 il ərzində 180 dəfəyə yaxın avtomobil yollarının, yol qurğularının açılış mərasimlərində iştirak edib, habelə işlərin gedişi ilə tanış olaraq öz dəyərli tapşırıq və tövsiyyələrini verib. Bu diqqətin nümunəsi olaraq yol təsərrüfatı işçiləri bundan sonra da böyük nailiyyətlərin əldə olunması üçün daha əzmlə çalışacaqlar. 

 

    Gültəkin ƏLƏSGƏR  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU