Modern.az

Eldar Namazov Ukraynadakı gərginliyi ŞƏRH etdi:"Müxalifət qələbə qazanacaq"

Eldar Namazov Ukraynadakı gərginliyi ŞƏRH etdi:"Müxalifət qələbə qazanacaq"

22 Fevral 2014, 18:30


“Ukraynada proseslər tam olaraq başa çatmayıb. Hökumət qüvvələrinə müqavimət göstərən vilayətlər var və Viktor Yanukoviç hələ də prezidentlik statusunu daşıyır”. Bunu Modern.az saytına El Hərəkatının sədri, politoloq Eldar Namazov Ukraynadakı gərginliyi şərh edərkən deyib. O bildirib ki, müxalifət tərəfdarları hədəflərinə çatmaq üzrədir. Ekspert hesab edir ki, növbədənkənar prezident seçkiləri keçirilsə, bu, müxalifətin xeyrinə olacaq. E. Namazovun sözlərinə görə Avropaya inteqrasiya tərəfdarları proseslərdən qalib çıxacaq. “Bundan sonra Ukrayna Avropa Birliyi ilə assosiativ üzvlüklə bağlı sazişə mütləq imza atacaq. Bir sözlə proseslər müxalifətə xeyirli olmaqla dönməz xarakter alacaq”-deyə E. Namazov vurğulayıb.

Qeyd edək ki, Ukraynada müxalifət tərəfdarları ilə hökumət qüvvələri arasında toqquşmalar davam edir. Bu arada Ukrayna prezidentinin ölkəni tərk etdiyi də iddia olunur.

 

 

Aqşin Kərimov    
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU