Modern.az

Bakıxanov bazarı hələ sökülməyəcək - Sabunçunun icra başçısı obyekt sahibi ilə görüşüb

Bakıxanov bazarı hələ sökülməyəcək - Sabunçunun icra başçısı obyekt sahibi ilə görüşüb

23 Fevral 2014, 21:52


Bakıxanov bazarında çalışan ticarətçilərin Modern.az saytına verdiyi məlumata görə, dünən xəbərdarlıq edilmədən ticarət mərkəzinin bir hissəsini sökməyə başlayıblar. Gözlənilməz hadisə ticarətçilərin ciddi narazılığına səbəb olub.
Bazarda işləyənlərin ayağa qalxaraq söküntüyə mane olması bu işin yarımçıq qalması ilə nəticələnib. Müqavimət zamanı 3 nəfər ticarətçi polislər tərəfindən döyülüb.

”Bazarda çalışan insanlar hamılıqla buna qarşı çıxdığından sökülmə işi dayanıb”-deyə ticarətçilər bildiriblər.
Daha sonra hamı Sabunçu rayon İcra Hakimiyyətinin binası qarşısnda toplaşıb. Ticarətçilərin dediyinə görə, onları icra başçısının müavini qəbul edib. İcra Hakimiyyətindən bildiriblər ki, söküntü abadlaşdırma işiylə bağlıdır. Ticarət mərkəznin özü, ətrafı, yollar mütləq abadlaşdırılmalıdır.

Ticarətçilərin dediyinə görə, dünən axşam İcra Hakimiyyətindən geri qayıdandan sonra bazarda çalışanlar gecə saat 23:00-dək obyektdən çıxmayıb.

Bugün, fevralın 23-də isə Bakıxanov bazarının sahibi Hacı Fərhadla Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin məslə ilə əlaqədar görüşü olub. İnsanların vəziyyəti, narahatlığı nəzərə alınaraq təmir, söküntü işləri sentyabra qədər təxirə salınıb.

Bu haqda məlumatı bazarda çalışan ticarətçilərə Sabunçu rayonu İcra Hakimiyyətnin başçısı Adil Vəliyevlə görüşdən sonra obyektin sahibi Hacı Fərhad bildirib.

Qeyd edim ki, ticarət obyektinin yerləşdiyi küçədən istifadə edən bir insan kimi düşünürəm ki, orada abadlaşma labüddür. Çünki hər axşam orada yaşanan tıxac üzündən sərnişinlər evinə getməkdə ləngiyir. Həmçinin, mən özüm bu gün ticarət məkəzində oldum və bəzi saytlarda qeyd edildiyi kimi, hansısa söküntünün şahidi olmadım. Ticarətçilər iş başında idi.

Gülşən Raufqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU