Modern.az

Azərbaycanda yeni partiya yaradıldı

Azərbaycanda yeni partiya yaradıldı

23 Fevral 2014, 22:43

Fevralın 23-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qərərgahında 2 ay bundan öncə yaradılmış Gələcək Azərbaycan Partiyasının (GAP) 1-ci təsis qurultayı keçirilib.

Modern.az-ın məlumatına görə, qurultayın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1) GAP Təşkilat Komitəsinin 2 aylıq fəaliyyətinin hesabatı
2) Nizamnamə və məramnamənin müzakirəsi və təsdiqi
3) GAP-ın sədrinin seçilməsi
4) GAP Ali Məclisinə üzvlərin seçilməsi
5) GAP İdarə heyyətinin üzvlərinin seçilməsi
6) GAP Nəzarət və Təftiş Komisiyasının üzvlərinin seçilməsi

1-ci məsələ ilə bağlı GAP Təşkilat Komitəsinin (TK) sədri Ağasif Şakiroğlu məruzə ilə çıxış edib. Məruzə zamanı A.Şakiroğlu qurumun Bakını əhatə edən 12 rayon üzrə tam rayon təşkilat komitələrinin formalaşdığını və eyni zamanda Azərbaycanın bölgələrini əhatə edən 27 rayonda təşkilatlanıldığını və artıq həmin rayonlarda da təşkilat komitələrinin yaradıldığını, GAP-ın nizamnamə və məramnamə layihəsinin hazırlandığını və eyni zamanda qurumun bayraq və emblem layihələrinin hazırlanıb qurultaya təqdim edildiyini diqqətə çatdırıb.
Qurultay üzvləri məruzəni müzakirə edərək səsvermə ilə qəbul edib.

Daha sonra qurultay üzvləri 2-ci məsələ ilə bağlı müzakirə apararaq Nizamnamə və Məramnamə layihəsini qurumun ali sənədi kimi qəbul edib.

Daha sonra qurultay üzvləri Azərbaycan siyasətinə yenilik gətirmək və demokratik düşərgəyə yeni nəfəs verilməsi üçün partiya sədrinin bacarıqlı və təcrübəli gənclərdən birinin seçilməsini təklif edib. Qurultay üzvləri Gələcək Azərbaycan Partiyasına sədr seçilməsi üçün gənc fəal Ağasif Şakiroğlunun namizədliyini irəli sürülməsini təklif ediblər.
İkinci namizədə ehtiyac görməyən qurultay üzvləri Ağasif Şakiroğlunun namizədliyini səsə qoyaraq, onu yetkilliklə sədr seçiblər.

GAP-a sədr seçildikdən sonra Ağasif Şakiroğluna söz verilib və o gələcək fəaliyyəti və proqramı ilə bağlı qurultay üzvlərinə geniş məlumat verib.

Toplantının davamı olaraq qurultay partiyanın Ali Məclisinə və İdarə Heyyətinə üzvlər seçilib. Qurultayın sonunda qonaqlar (ADP sədri Sərdar Cəlaloğlu, AXCP sədr müavini Fuad Qəhrəmanlı, keçmiş millət vəkilləri Zəminə Dünyamalıyeva, Solmaz Ələsgərova, VHP funksioneri Pünhan İmamlı Azərbaycan Yazıçılar Birliyinin üzvləri Vasif Hidayətli, Ramiz Əziz və s.) çıxış edərək yeni yaranan quruma uğurlar arzulayıb və yeni seçilmiş sədr Ağasif Şakiroğlunu təbrik edərək onun Azərbaycan siyasətində uğur qazanacağına ümid etdiklərini bildiriblər.
 






Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU