Modern.az

BDU yeni yataqxana tikməyi planlaşdırır

BDU yeni yataqxana tikməyi planlaşdırır

4 İyul 2025, 17:36

Bakı Dövlət Universitetinin (BDU) köhnə yataqxanasının ərazisində müasir tələbə şəhərciyinin salınması ilə bağlı müzakirələr hələ də davam edir.

Bu barədə BDU-nun mətbuat katibi Kəmalə Namazova Modern.az-a məlumat verib. O bildirib ki, layihə ilə bağlı müzakirə mərhələsi hazırda başa çatmayıb.

Qeyd edək ki, bir müddət əvvəl universitet rəhbərliyi həmin ərazidə tələbələr üçün müasir tipli yaşayış kompleksinin inşasını planlaşdırmışdı. Lakin layihənin icrasına başlanma tarixi və digər təfərrüatlar barədə dəqiq məlumat hələlik mövcud deyil.

Aytac Bəhruzqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Sabiq deputat niyə vəfat etdi? SƏBƏB BU İMİŞ