Modern.az

Xocalı soyqırımına görə 39 nəfərə cinayət işi açılıb

Xocalı soyqırımına görə 39 nəfərə cinayət işi açılıb

24 Fevral 2014, 11:11

Azərbaycan Hərbi Prokurorluğu Xocalı soyqırımının törədilməsinə görə  39 nəfərə qarşı cinayət işi qaldırıb. Modern.az xəbər verir ki,   bu barədə baş prokurorun müavini, hərbi prokuror Xanlar Vəliyev Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilən beynəlxalq konfransda çıxışı zamanı deyib. O qeyd edib ki, cinayət məsuliyyətinə cəlb olunan şəxslərin hamısı ermənilərdən ibarət deyil:
“Onların arasında keçmiş SSRİ-nin  366-cı alayının komandir və zabit heyəti də var”.

X. Vəliyev onu da bildirib ki, 1988-ci ildən bəri Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı  prokurorluqda üç istiqamətdə istintaq aparılır. Hərbi prokuror vurğulayıb ki,  birinci istiqamət Xocalı, Meşəli, Qaradağlı  yaşayış məntəqələrində Azərbaycan xalqına qarşı törədilmiş,  ikinci istiqamət ermənilər tərəfindən nəqliyyat vasitələrində, metrolarda və müxtəlif yerlərdəki təxribatı, üçüncü istiqamət isə əsir və girov götürülmüş insanlara qarşı törədilən cinayətlərdir.

X.Vəliyevin sözlərinə görə, indiyə qədər 2089 nəfərin bu cinayəti törətməsi müəyyən edilib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU