Modern.az

Xocalı soyqırımını Vaşinqtonda tanıtım aksiyası davam edir

Xocalı soyqırımını Vaşinqtonda tanıtım aksiyası davam edir

24 Fevral 2014, 11:18

ABŞ-ın strateji və inzibati mərkəzi Xocalı həqiqətlərini əks etdirir.

Oxu.az saytı xəbər verir ki, Azərbaycan Amerika Alyansının təsisçisi Anar Məmmədovun təşəbbüsü ilə hər il ABŞ-da keçirilən Xocalı soyqırımını tanıtım aksiyası davam edir. Fevralın 17-i Nyu-Yorkdan başlanan multimedia kampaniyası hal-hazırda  Vaşinqtonda gerçəkləşdirilir. 602000 nəfər daimi sakini olan Vaşinqton, Kolumbiya dairəsi Amerika Birləşmiş Ştatlarının həm siyasi,  həm də strateji  əhəmiyyət kəsb edən mərkəzi, paytaxtıdır.   ABŞ Prezidentinin iqamətgahından tutmuş Federal hakimiyyətin hər üç budağının əsas  təmsilçiliklərinə, diplomatik nümayəndəliklər və  beynəlxalq təşkilatların baş ofisinə qədər bütün  strateji obyektlərin yerləşdiyi  Vaşinqton ştatında Xocalı soyqırımının tanıdılması, əsl həqiqətin işıqlandırılması Alyansın bu kampaniyada qarşısına qoyduğu əsas hədəflərdən biridir.  Multimedia kampaniyası ənənəvi olaraq metro stansiyalarında posterlərin yerləşdirilməsindən başlanıb. Vaşinqton metrosunun 25 stansiyasından istifadə edən sərnişinlər Xocalı haqda məhz bu posterlər vasitəsilə məlumat əldə edir. Axşam saatlarında isə mobil proyeksiya maşını bəşər faciəsinin statistikasını  Vaşinqtonun binaları üzərində işıqlandırır. Azərbaycan Amerika Alyansının keçirdiyi sorğu və araşdırmalar göstərir ki, kampaniya üçün təyin edilmiş üsullar insanların diqqətini bu faciəyə yönəltməyə müvəffəq olub.  Mart ayının ortalarına qədər davam edəcək Azərbaycan Amerika Alyansının multimedia kampaniyası Xocalı faciəsinin ədalətli olaraq Soyqırım kimi tanınmasına və qəbul edilməsinə xidmət edir.  Eynilə Vaşinqton ştatının rəsmi sloqanında deyildiyi kimi:  Justice for All  - “hər kəsə ədalət” ... Aksiyanın gedişatı ilə //azerbaijanamericaalliance.org/  saytından, 

//www.facebook.com/pages/Azerbaijan-America-Alliance/296931403654112 səhifəsindən tanış ola bilərsiniz.

   

   



Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU