Modern.az

Əli Həsənov: "Azərbaycan Ermənistandan 300 milyard dollar tələb edəcək"

Əli Həsənov: "Azərbaycan Ermənistandan 300 milyard dollar tələb edəcək"

24 Fevral 2014, 11:53

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilmiş beynəlxalq konfransda çıxışı zamanı  Azərbaycan Ermənistandan 300 milyard dollar kompensasiya tələb edəcəyini bildirib.
Modern.az-ın məlumatına görə, Ə.Həsənov bu barədə belə deyib:

"Ermənistanın Azərbaycana vurduğu ziyanın qiymətləndirilməsi beynəlxalq səviyyədə aparılır, bu ziyanın umumi məbləği artıq 300 milyardı dolları ötüb. Qiymətləndirmə başa çatandan sonra Azərbaycan bu ziyanın ödənilməsi üçün kompensasiyanı tələb edəcək".

“Dünya hesab etməsin ki, ermənilər təkcə bizə qarşıdır. Onların eyni zamanda Rusiyaya, İrana, Gürcüstana, Türkiyəyə qarşı ərazi iddiaları var. Qaraçı şəklində dünyaya səpələnmiş bu kiçik millət nə istəyir? Mən amerikalı, fransalı rəsmilərlə də söhbətlərimdə deyirəm ki, ermənilərin qarşısı alınmasa, sabah deyəcəklər ki, ABŞ da, Fransa da tarixi torpaqlarımızdır. Dünya nə zamana qədər susacaq. Guya ki, 20 ildən artıqdır ATƏT-in Mink qrupu bu problemlə məşğuldur. ATƏT-in Minks qrupu bu cur işlərlə o problemin həllini tapa bilməz”-deyə Əli Həsənov vurğulayıb.

Aytən Əliyeva

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU