Modern.az

BDU-nun dekan müavini vəfat edib

BDU-nun dekan müavini vəfat edib

24 Fevral 2014, 11:58

Modern.az xəbər verir ki, fevralın 24-də səhər saatlarında Bakı Dövlət Universitetində tarix fakültəsinin magistratura üzrə dekan müavini Rəfael Süleymanov vəfat edib. 

Rəfael Süleymanov liftin qabağında dünyasını dəyişib. R.Süleymanov 1940-cı il yanvarın 25-də Qax rayonunun Qaşqaçay kəndində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin əyani şöbəsinə daxil olub və 1968-ci ildə oranı «Tarixçi. Tarix və ictimaiyyət müəllimi» ixtisası ilə bitirib.
1975-ci ilin mayında Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin Müdafiə Şurasında «XIX əsrin birinci yarısında Azərbaycanın Mərkəzi Rusiya quberniyaları ilə ticarət əlaqələri» mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1990-cı ilin dekabrında Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunun Müdafiə Şurasında «Azərbaycanda orta ixtisas təhsilli mütəxəssislərin hazırlanması: 1920-1985-ci illər» mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

R.Süleymanov Cənub və Qərb slavyan ölkələrinin müasir tarixi, Azərbaycanın Mərkəzi Rusiya quberniyaları ilə ticarət əlaqələrinin tarixi, Azərbaycanda ali və orta ixtisas təhsilli mütəxəssislərin hazırlanması problemlərini tədqiq edib.

Modern.az

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU