Modern.az

Heydər Əliyev Mərkəzində Xocalı dərsi keçildi

Heydər Əliyev Mərkəzində Xocalı dərsi keçildi

Təhsil

24 Fevral 2014, 12:04

Təhsil Nazirliyi ilə Heydər Əliyev Mərkəzinin birgə layihəsi çərçivəsində Xocalı şəhər 2 nömrəli tam orta məktəbin şagirdləri üçün Heydər Əliyev Mərkəzində vətənpərvərlik mövzusuna həsr olunmuş əlavə dərs tədris olunub.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, şagirdlərin vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət kəsb edən dərsin tədrisində əsas məqsəd müasir Azərbaycan tarixi haqqında məktəblilərə daha dolğun və əhatəli məlumatların verilməsindən ibarətdir. Eyni zamanda, dərslər və müvafiq ekskursiyalar şagirdlərin milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına və müstəqil həyata hazırlanmasına xidmət edir.

 

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU