Modern.az

5 yaşadək uşaqların 38%-i bağçaya cəlb olunub

5 yaşadək uşaqların 38%-i bağçaya cəlb olunub

Təhsil

7 İyul 2025, 12:26

Hazırda ölkəmizdə 1–5 yaşlı uşaqların təxminən 38%-i məktəbəqədər təhsilə cəlb olunub. 2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasına əsasən, bu göstəricinin 50%-ə çatdırılması hədəflənib.

Modern.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

2022-ci ildən etibarən, yəni məktəbəqədər təhsil müəssisələrinin Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsindən bu günə qədər ölkə üzrə 18 yeni uşaq bağçası tikilərək istifadəyə verilib.

Hazırda ölkə üzrə ümumilikdə 1669 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bu bağçalarda hazırda ümumilikdə 105 minə yaxın uşaq təlim-tərbiyəyə cəlb olunub.

Ənənəvi bağçalarla yanaşı, alternativ təhsil modellərinin tətbiqi də bu sahədə mühüm rol oynayır.

Bu istiqamətdə icma əsaslı məktəbəqədər təhsil, ailə tipli məktəbəqədər təhsil modelləri tətbiq olunur.

Bu layihələr çərçivəsində əlavə olaraq 20 mindən çox bağça yaşlı uşaq məktəbəqədər təhsilə cəlb olunub.

Bununla yanaşı, dövlət-özəl əməkdaşlığı çərçivəsində 1300-dən çox uşaq məktəbəqədər təhsil imkanlarından yararlana bilib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi