Modern.az

Ali məktəbələrin builki müsabiqə ŞƏRTLƏRİ

Ali məktəbələrin builki müsabiqə ŞƏRTLƏRİ

Təhsil

7 İyul 2025, 13:54

Ali təhsil müəssisələrinin I-IV ixtisas qruplarına daxil olan ixtisaslar üzrə müsabiqə abituriyentin qəbul imtahanında (hər iki mərhələ üzrə birlikdə) topladığı ümumi bal əsasında aparılır. 

Dövlət İmtahan Mərkəzi (DİM) bəyan edib ki, cari ildə I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının ikinci mərhələsində iki müxtəlif ixtisas qrupu üzrə imtahan verən abituriyent müvafiq müsabiqə şərtlərini ödədiyi halda, hər iki ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilər.

Həmçinin I ixtisas qrupunun müxtəlif altqrupları üzrə imtahan verən abituriyent müvafiq müsabiqə şərtlərini ödədiyi halda, hər iki altqrup üzrə müsabiqədə iştirak edə bilər.

Eyni şəkildə, III ixtisas qrupunun müxtəlif altqrupları üzrə imtahan verən abituriyent müvafiq müsabiqə şərtlərini ödədiyi halda, hər iki altqrup üzrə müsabiqədə iştirak edə bilər.

Modern.az saytı ali məktəblərin müsabiqə şərtlərini aşağıdakı linkdə təqdim edir. Həmin likə daxil olamqla müsabiqə şərtlərilə tam şəkildə tanış ola bilərsiniz:

 //dim.gov.az/.../musabiqe-sertleripdf_11-06-2025_11..

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi