2024-2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1154 tələbə qəbul olunub və qəbul planı 98,5 faiz yerinə yetirilib.
Bu barədə Modern.az-a Qarabağ Universitetindən məlumat verilib.
2025/2026-cı tədris ilində Qarabağ Universitetində kadr hazırlığı 7 fakültədə (Pedaqoji, İncəsənət, Humanitar və sosial elmlər, Mühəndislik, İqtisadiyyat, Turizm və Tibb və sağlamlıq elmləri) 35 ixtisas üzrə həyata keçiriləcək.
Növbəti illərdə isə Aqrar elmlər fakültəsinin yaradılması planlaşdırılıb.