Modern.az

Türkiyə parlamentinin sədri: “Xocalı soyqırımı insanlıq tarixinə yazılmış böyük bir ləkədir”

Türkiyə parlamentinin sədri: “Xocalı soyqırımı insanlıq tarixinə yazılmış böyük bir ləkədir”

25 Fevral 2014, 15:57


Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək Xocalı soyqırımı ilə bağlı verdiyi açıqlamada bunu insanlıq tarixinə yazılmış böyük bir ləkə adlandırıb. C. Çiçək Xocalı soyqırımın 22-ci ildönümündə bunu XX əsrin ən böyük faciələrindən biri olan və Ermənistan tərəfindən işğal altında tutulan Dağlıq Qarabağ bölgəsində baş verdiyini qeyd edib.
 “Bundan 22 il öncə 1500-ə yaxın Azərbaycan türkü Xocalı qəsəbəsində öldürülüb, yüz minlərlə Azərbaycan türkü yurdlarından sürgün edilib. Xocalı qətliamı insanlıq tarixinə sürülən böyük ləkədir. Xocalı soyqırımına görə məsuliyyət daşıyan şəxslər beynəlxalq ədalət mühakiməsi qarşısına çıxarılmalı və onlardan hesab sorulmalıdır. Qafqazda daimi sülh və sabitliyin təmin edilməsi üçün Ermənistan Azərbaycan torpaqlarının işğalına son verməlidir. 22 il öncə Xocalıda baş verən qətliamı bir daha qınayır, soyqırıma məruz qalan azərbaycanlı qardaşlarıma Allahdan rəhmət diləyirəm”.

 

Aytən ƏLİYEVA 

Sizə yeni x var
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil