Modern.az

Fərəc Quliyev yenə də Qarabağ Komitəsinin formalaşdırılmasını təklif etdi

Fərəc Quliyev yenə də Qarabağ Komitəsinin formalaşdırılmasını təklif etdi

25 Fevral 2014, 16:04


Millət vəkili, MDHP sədri Fərəc Quliyev Milli Məclisin bugünkü iclasında çıxışı zamanı Ukraynanın müstəqilliyinin tanınması, yox qorunması və başsağlığı verilməsi ifadəsini işlədib.

O, çıxışı zamanı  xalqımıza başsağlığı verib: "Cənab spiker, çıxışınızın priampula hissəsində bir fikirə toxundunuz. Orada Xocalı soyqırımı ilə bağlı bir çox dövlətlərin adı çəkildi ki, onlar rəsmən bu soyqırımı tanıyıblar, münasibət bildiriblər, bir çox parlamentlərdə bu müzakirələr gedib. Mənə elə gəlir ki, biz parlament adından baxmayaraq ki, biraz təkrarçılıq olar, həmin parlamentlərə, həmin hökümətlərə yenidən bir müraciət hazırlayıb, həm onlara təşəkkür bildirməliyik və həm də onlara bildirməliyik ki, siz özünüz də bu soyqırımı tanımısınız . Bildirməliyik ki, Azərbaycan ərazilərinin işğalı ilə bağlı BMT-nin 4 qətnaməsi vardır, bu qətnamələrin həyata keçməsi üçün ya hərbi sanksiyaların, ya da qeyri- hərbi sanksiyaların tətbiqi üçün təşəbbüslə çıxış eləsinlər və yaxud BMT-də bu məsələlərin müzakirələrini təklif eləsinlər. Bu çox əhəmiyyətli bir məsələ olar. Üstəlik məndə o fikirdəyəm ki, Xocalı faciəsini təkcə anmaqla və bu anım günlərində Qarabağı, bu hadisələri xatırlamaqla kifayətlənmək mümkün deyil.

Mən parlamentdə təklif etmişdim və bir daha təklif edirəm ki, əgər mümkünsə, müzakirə olunarsa, parlamentdə bir daimi Qarabağ Komitəsinin formalaşdırılmasına ehtiyac vardır. Bu komitənin tərkibinə parlamentdə təmsil olunan partiyaların nümayəndələri istisnasız olaraq daxil olmaqla və əlavə deputatlar daxil olmaqla yaradılması, mütəmadi olaraq müzakirələr aparılması çox vacibdir. Bir neçə səbəbdən bu məsələ də çox əhəmiyyət kəsb edər ki, həm əhalinin müəyyən təbəqələrini təmsil edən hakimiyyətdə olmayan partiyaların yerlərdən xalqın iradəsini özündə ifadə edən Qarabağla bağlı müzakirələri komitələrdə çıxarıb müzakirə edə bilərik və həm də gələcəkdə bunu bir daimi dinləmələr və yaxud da ki, hər hansı bir formada bir dəfə olan dinləmədə o mükəmməl, ortaq fikiri də burda müzakirəyə çıxarmaq mümkündür.

Məncə bunu eləmək üçün əsasımız vardır. Həm də bu fikir bir neçə dəfə səslənibdir ki, biz istəmişik ki, Dağlıq Qarabağla bağlı Xarici İşlər Nazirliyinin, güc nazirliklərinin ya qapalı, ya açıq dinləmələrdə iştirakı təmin olunsun. Amma bunu yenə də o dediyim halda partiyaların təmsilçiliyi ilə parlamentdə bir komitə yaradıb müzakirə etmək əhəmiyyətli bir məsələ olar. Mən bir daha təklif edirəm, hesab edirəm ki, biz bir çox parlamentlərdə, dünya parlamentlərində dinləmələr apardığımız halda Azərbaycan parlamentində Qarabağ dinləmələrini aparmamağımız doğru sayılmaz.

Cənab spiker, siz bayaq Ukrayna ilə bağlı bir məsələyə toxundunuz. Amma mən də bir fikirimi bildirmək istəyirəm ki, hər halda Ukraynada baş verən hadisələrdə həlak olanlarla bağlı Azərbaycan parlamenti Ukrayna xalqına bir başsağlığı verə bilər və Ukraynanın müstəqilliyinin aradan qaldırılmaması üçün biz də dünya ictimaiyyətini bu məsələlərdə səsini qaldırmasına bir çağırış edə bilərik".

Sizə yeni x var
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil