Modern.az

İlk dəfə MİQ imtahanında iştirak edənlərin sayı AÇIQLANDI

İlk dəfə MİQ imtahanında iştirak edənlərin sayı AÇIQLANDI

Təhsil

16 İyul 2025, 09:24

Bu il 3, 4, 8-10 iyul tarixlərində təşkil olunan müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinə 65572 namizəd iştirak edib.

Maraqlıdır, namizədlərdən neçəsi ilk dəfə MİQ-də iştirak edib?

Modern.az xəbər verir ki, mövzu ilə əlaqədar AzEdu.az Təhsil Portalı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) sorğu ünvanlayıb.

Agentlikdən bildirilib ki, cari ildə 12279 namizəd ilk dəfə müsabiqədə iştirak edib.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin məqsədi bilik və bacarıqları yüksək, perspektivli müəllimləri seçmək və tədris prosesinin keyfiyyətini yüksəltməkdir. Proses 2011-ci ildən etibarən mərkəzləşdirilmiş qaydada həyata keçirilir. 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi