Modern.az

Universitetimiz nüfuzlu reytinq agentliyinin 3 ulduzunu aldı

Universitetimiz nüfuzlu reytinq agentliyinin 3 ulduzunu aldı

Təhsil

17 İyul 2025, 12:37

Lənkəran Dövlət Universiteti (LDU) dünyanın nüfuzlu reytinq agentliklərindən biri olan “QS Quacquarelli Symonds” tərəfindən aparılan “QS Stars” auditində 3 ulduz ilə qiymətləndirilib. Qeyd edək ki, LDU “QS Stars"ın qiymətləndirdiyi ilk region universitetidir.

Bu barədə Modern.az-a LDU-dan məlumat verilib.

Həmçinin, LDU 3 kateqoriya üzrə: "Tədris (Teaching)", "Məşğulluq (Employability)" və "Yaxşı idarəetmə (Good Governance)" sahələri üzrə ən yüksək qiymətləndirmə olan 5 ulduza layiq görülüb. “İnfrastruktur (Facilities)” və “Ətraf mühitə təsir (Environmental Impact)” üzrə 4 ulduz, “Elmi tədqiqat (Research)” və “Qlobal əməkdaşlıq (Global Engagement)” üzrə 3 ulduz, “İncəsənət sahəsində fəaliyyət (Art)” və “Müxtəliflik, bərabərlik və inklüzivlik (Diversity, equity and inclusion)” üzrə 1 ulduzla qiymətləndirilib. Qeyd edək ki,  bu sahələr universitetin əsas prioritetlərini əks etdirir və onun beynəlxalq standartlara cavab verdiyini bir daha təsdiqləyir.

Xatırladaq ki, “QS Stars” ali təhsil müəssisələrinin müxtəlif fəaliyyət sahələrini (tədris, tədqiqat, məşğulluq, beynəlmiləlləşmə və s.) qiymətləndirən beynəlxalq reytinq sistemidir. Bu sistem vasitəsilə universitetlər özünün güclü və zəif tərəflərini müəyyənləşdirmək imkanı əldə edir, həmçinin onların qlobal səviyyədə tanınması, təcrübələrinin paylaşılmasına şərait yaranır.

Lənkəran Dövlət Universiteti  həmçinin  dünyanın ali təhsil müəssisələrinin ən nüfuzlu reytinq sistemlərindən biri olan “Times Higher Education” dünya reytinq siyahısında  da yer alıb və  LDU dünya reytinqində TOP 1001-1500-likdə qərarlaşıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi