Modern.az

Direktoru döymüş şagirdlə bağlı məsləyə nöqtə qoyuldu

Direktoru döymüş şagirdlə bağlı məsləyə nöqtə qoyuldu

26 Fevral 2014, 11:17

Bir müddət öncə Hacıqabul rayonu, Qızılburun kənd orta məktəbinin yuxarı sinif şagirdinin məktəb direktorunu döyməsi ilə bağlı sosial şəbəkələr və mətbuatda məlumat getsə də məsələyə Təhsil Nazirliyindən aydınlıq gətirilib.

Təhsil Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq hadisənin hansı zəmin də və necə baş verməsi artıq məlumdur. Rayon təhsil şöbəsinin bu məsələ ilə bağlı rəsmi məlumatında bildirilir ki, hadisənin təfərrüatları şöbənin əməkdaşları tərəfindən yerində araşdırılıb, aidiyyəti şəxslərdən izahatlar alınıb.

Məlum olub ki, məktəbin direktoru fevralın 10-da dərsə davamiyyətin yoxlanması ilə əlaqədar IX sinifdə olarkən həmin sinfin şagirdi Şahin Həsənov dərsə gecikdiyi halda, icazəsiz sinfə daxil olub və heç kimə məhəl qoymadan keçib yerində əyləşib. Direktor onun şagirdə yaraşmayan bu hərəkətinə ciddi irad bildirib və danlayaraq tənbeh edib. Bundan başqa şagirdə qarşı digər heç bir hərəkətə yol verilməyib. Həmin gün şagirdin valideyni məktəbə dəvət edilərək, övladının intizamsızlığı barədə ona məlumat verilib. Hadisənin bu tərzdə baş verməsini sinifdə dərs keçən müəllim və şagirdlər də təsdiq ediblər.

 

 

  Aytən ƏLİYEVA  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil