Modern.az

“İlin gənc müəllimi” – 2024, ilk onluq - SİYAHI

“İlin gənc müəllimi” – 2024, ilk onluq - SİYAHI

Təhsil

17 İyul 2025, 21:50

Müəllimlər arasında keçirilən "İlin gənc müəllimi - 2024" müsabiqəsində “TOP-10” müəllimin siyahısı məlum olub. Müsabiqə "Azərbaycan müəllimi" qəzeti və AzEdu.az Təhsil Portalının birgə təşkilatçılığı ilə həyata keçirilir.

 

Müsabiqənin məqsədi motivasiya dolu həyat hekayələri olan, faydalı işlər görən, təhsilə hərtərəfli fayda verən ən yaxşı orta məktəb müəllimlərini ictimaiyyətə tanıtmaq və mükafatlandırmaqdır. Məlumat vüçün bidirək ki, layihənin icrası üç mərhələdə həyata keçirilir.

 

Birinci mərhələdə gənc müəllimlər üçün nəzərdə tutulmuş qeydiyyat forması doldurulur. 

 

Müəllimlər bu mərhələdə fözləri haqqında ətraflı məlumat təqdim edərək, tələb olunan bütün sualları cavablandırıb və müvafiq bölmələri tam şəkildə tamamlayıblar.

 

İkinci mərhələdə təşkilatçılar tərəfindən seçilən ekspertlər qrupu qeydiyyatdan keçmiş müəllimləri əvvəlcədən elan edilmiş meyarlar əsasında qiymətləndiriblər. Nəticədə “TOP-150”, “TOP-100” və “TOP-50” müəllimlərin siyahıları müəyyən

 

İkinci mərhələnin sonunda “TOP-50” siyahısına daxil olan müəllimlərlə onlayn formatda fərdi görüşlər təşkil edilib.

 

Beləliklə, müsabiqəyə qatılan müəllimlər arasından 10 müəllim 3-cü mərhələyə (final mərhələsinə) vəsiqə qazanıb.

 

Münsiflər heyəti tərəfindən seçilən “TOP-50” müəllim arasından final mərhələsinə vəsiqə qazanan 10 müəllimin adlarını təqdim edirik:

 

1.İlahə Tağıyeva - Xəzər rayon 326 N-li tam orta məktəbin İbtiadi sinif müəllimi;

 

2.Təranə Nuriyeva - Bakı şəhəri Nəsimi rayonu Y.Mirzəyev adına 44 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi; 

 

3. Rəşadət Abdulov - E. Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli məktəb liseyin Tarix müəllimi;

 

4.Əlihüseyn Yaqubov - Füzuli rayonu Qarabağ kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, direktor;

 

5.Gülağa Rəhmətov - Lerik rayonu Ambu kənd tam orta məktəbin İbtidai sinif müəllimi;

 

6.Əfşan Fərəcli - Ağdam rayon 71 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi;

 

7.Aynur Axundova - Qobustan rayon Cəyirli kənd Rasim Hüseynov adına ümumi orta məktəbin İngilis dili müəllimi;

 

8.Gülnisə Əliyeva - Ucar rayon S.Salmanov adına Bağman kənd tam orta məktəbin Fizika,təbiət və həyat bilgisi müəllimi;

 

9. Gülnaz Abbaslı - Quba rayon Qaraçay qəsəbə tam orta məktəbin İngilis dili müəllimi;

 

10.Natəvan Fərzəliyeva - Ordubad şəhər M.T.Sidqi adına 1 nömrəli tam orta məktəbin Riyaziyyat və STEAM müəllimi.

 

Qeyd edək ki, sıralama tam şərtidir və “TOP-10”-luq tezliklə AzEdu.az Təhsil Portalında səsverməyə çıxarılacaq.

 

Finalçıların qiymətləndirilməsi üç komponent üzrə aparılacaq:

 

- 10 bal onlayn görüşlər əsasən;

- 20 bal onlayn səsvermənin nəticələrinə görə,

- 70 bal isə nüfuzlu elm və təhsil xadimlərindən ibarət komissiyanın qiymətləndirməsinə əsasən veriləcək. 

 

 

Nəticədə birinci, ikinci, üçüncü yerlər və növbəti qaliblər müəyyən olunacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi