Modern.az

Yanukoviç müxalifət liderlərini öldürtmək istəyib

Yanukoviç müxalifət liderlərini öldürtmək istəyib

26 Fevral 2014, 12:37

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç və güc strukturlarının nümayəndələri müxalifət liderləri Vitali Kliçko, Arseniy Yatsenyuk və Oleq Tyaqnıboku öıdürməyi planlaşdırıblar. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, bu haqda daxili işlər nazirinin keçmiş müavini və “Batkivşina” deputat fraksiyasının üzvü Gennadi Moskal məlumat verib. Onun sözlərinə görə, fevralın 24-də Kiyevdə etirazçılarqa qarşı hazırlanan “Bumeranq” və Volna” xüsusi əməliyyatlarına rəhbərlik edənlərin yalnız bir hissəsinin soyadlarını açılqlayıb: “Əgər bütün siyahınıp açıqlasaydım məmurların həyatı üçün təhlükə yaranardı”.

Onun iddiasına görə, həmin planda üç müxalifət liderinin – Yatsenyuk, Tyaqnıbok və Kliçkonun fiziki cəhətdən məhvi də nəzərdə tutulubmuş. Deputata onu da deyib ki, Yanukoviçin qaçmazdan əvvəl Maydandakı insanları qəddarcasına təmizləmək planını təsdiqləyən sənədlər də toplayıb.     

 

  Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil