Modern.az

II qrup üzrə lider: "Respublika birincisi olmağı gözləmirdim"

II qrup üzrə lider: "Respublika birincisi olmağı gözləmirdim"

Təhsil

18 İyul 2025, 11:28

Xəbər verdiyimiz kimi, ötən gün Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə iyulun 6-da keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

Belə ki, bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 386.8 bal toplayan Bakı şəhər 83 saylı məktəb-liseyin məzunu Zeynallı Nilufər Hidayət qızı göstərib.

Modern.az xəbər verir ki, AzEdu.az təhsil portalı imtahanda yüksək nəticə göstərən Nilufər Zeynallının təəssüratlarını öyrənib.

Nilufər buraxılış imtahanından 291.1, qəbulun I cəhdində isə 386.8 bal topladığını qeyd edib:

"İmtahan nəticələri elan olunduğu zaman dostlarımla bərabər idim. Sevincimizi bərabər yaşadıq, çünki onlar da yüksək bal toplayıblar.

Yüksək nəticəni hədəfləsəm də, Respublika birincisi olmaq mənimçün gözlənilməz oldu. İlk cəhddə ümumi balım 669.9 idi. İmtahana məktəb müəllimlərimlə bərabər hazırlaşmışam.

Hələ dəqiq qərar verməsəm də, iqtisadiyyat maliyyə ixtisaslarını düşünürəm. UNEC, ADA - bu universitetlər seçimlərim arasındadır. Bakalavr olaraq düşünməsəm də, magistratura pilləsi üçün xaricdə təhsillə bağlı planlarım var".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi