Modern.az

43 min uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

43 min uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

Təhsil

18 İyul 2025, 16:20

Məktəbəhazırlıq qruplarına qəbul prosesi davam edir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) Modern.az-a verilən məlumata görə, bu günə qədər artıq 43 mindən çox uşağın məktəbəhazırlıq qruplarına qəbulu tamamlanıb.

Qəbul prosesi 12 sentyabr 2025-ci ilədək davam edəcək. Ümumi təhsil müəssisələrinə sənədlərin təqdim olunması isə 1–30 sentyabr 2025-ci il tarixləri arasında həyata keçiriləcək. Qeydiyyat prosesi “mektebeqebul.edu.az” elektron sistemi üzərindən aparılır.

Xatırladaq ki, məktəbəhazırlıq qruplarına yalnız 2020-ci il təvəllüdlü, yəni cari ildə 5 yaşı tamam olan uşaqlar qəbul olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi