Modern.az

“Xocalını faciəsini dünyaya tanıdaq!”

“Xocalını faciəsini dünyaya tanıdaq!”

26 Fevral 2014, 11:11


Modern.az xəbər verir ki, Xocalı faciəsini gənc nəslə sistemli şəkildə tanıtmaq və Heydər Əliyev Fondunun sədr müavini Leyla Əliyevanın başlatdığı Xocalıya Ədalət kompaniyasına dəstək olmaq məqsədi ilə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən 14 saylı Kəlbəcər rayon orta məktəbində “Xocalını faciəsini dünyaya tanıdaq!” adlı tədbir keçirilib.

Tədbirdə məktəbin direktoru Tahir Kərimov çıxış edərək bildirib ki,  “Xocalı faciəsi 200 ildən çox müddətdə Erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırım siyasətinin qanlı səhifəsidir. Bu soyqırım 18 il əvvəl baş verdi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum başlandı. Hücumda Ermənistan Respublikasının hərbi birləşmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Dağlıq Qarabağda yerləşən 366-cı motoatıcı alayı iştirak edirdi. Heç bir hərbi zərurət olmadan şəhər bir neçə saatın içərisində yerlə yeksan edildi.

Sonra Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov çıxış edib:  “Xocalı sakini olan 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın işgəncə ilə öldürüldü. 8 ailə bütünlüklə məhv edildi. Beləliklə, son yüz ildən artıq dövrdə erməni xalqının bir neçə nəslinin milli müstəsnalıq, Azərbaycan xalqına qarşı düşmənçilik ruhunda tərbiyə edilməsi nəticə etibarı ilə XX əsrin sonlarında sivil dünyanın gözü qarşısında Xocalı soyqırımı kimi qanlı faciənin baş verməsinə gətirib çıxarmışdır. Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır. Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi Xocalı qətliamı İslam Konfransı Təşkilatının müvafiq qətnaməsində və Meksika, Pakistan, Kolumbiya dövlətlərinin parlamentlərində soyqırım kimi, Texas, Arkanzas, Nyu Cersi, Corcia, Massaçusets, Nyu Meksika ştatlarında kütləvi qətliam kimi tanınıb.” Daha sonra tədbirdə faciənin əks olunduğu videogörüntü nümayiş etdirildi, məktəblilərin ifasında Xocalı faciəsinə həsr edilən şeirlər səsləndirildi və səhnəciklər göstərildi.

Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi mütəmadi olaraq Xocalı faciəsini dünyaya tanıtmaq işində ölkə daxilində və xaricdə silsilə layihələr həyata keçirməkdədir. 26 Fevral günün İctimai Birliyin ofisində beynəlxalq təşkilatların katibliklərinə və dünya dövlətlərinin parlamentarlarına emaillər göndəriləcəkdir. Kəlbəcərli gənclər Xocalı faciəsi memorialı abidəsini ziyarət edəcəklər.

 

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil