Türkiyədə "paralel dövlət"in təqib etdiyi və telefonlarını dinlədiyi 7 min nəfərlik siyahıda 3 azərbaycanlının da adı var. Modern.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, siyahıda həbsdə olan ilahiyyatçı Hacı Taleh Bağırzadə, tanınmış jurnalist Sevil Nuriyeva və Ankaradakı Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hakim Əlizadənin adı hallanır.
Qeyd edək ki, Türkiyədə böyük telefon dinləmə əməliyyatlarının həyata keçirildiyi iddia olunur. Hətta baş nazir R.T. Ərdoğanın da telefonunun dinlənildiyi bildirilir.
Aqşin Kərimov