Modern.az

Nazir müavini “Maarifçi”lərlə görüşdü

Nazir müavini “Maarifçi”lərlə görüşdü

Təhsil

24 İyul 2025, 15:40

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Maarifçi” tələbə-məzun təcrübə proqramının yeni iştirakçıları ilə görüşüb.

Bu barədə Modern.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bu il III dəfə baş tutan “Maarifçi” tələbə-məzun təcrübə proqramı çərçivəsində iştirakçılarla görüşən Firudin Qurbanov onlara yaradılan imkanlardan doğru faydalanmağı, hər zaman öz üzərlərində çalışaraq müasir dünyanın çağırışlarına uyğun bilik və bacarıqlara yiyələnməyi tövsiyə edib.

Nazir müavini proqram iştirakçılarının hazırda qazandıqları təcrübənin onların peşəkar kadr kimi formalaşmalarında mühüm rol oynadığını xüsusi vurğulayıb. Gənclərə sevdiyi işlərlə məşğul olmağı tövsiyə edən Firudin Qurbanov “Maarifçi” proqramının iştirakçılarının suallarını cavablandırıb, onları sağlam həyat tərzi keçirməyə, asudə vaxtlarının səmərəli təşkili barədə düşünməyə çağırıb.

Görüşdə çıxış edən "Maarifçi"lər gənclərə belə bir fürsət yaradıldığı üçün təşəkkürlərini ifadə ediblər, həmçinin proqramın onlar üçün yaratdığı imkanlardan bəhs ediblər.

Qeyd edək ki, 4 ay davam edəcək proqram çərçivəsində seçilmiş iştirakçılar Elm və Təhsil Nazirliyi, regional təhsil idarələrində, həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrində təcrübə keçəcəklər.

Proqramın məqsədi tələbə və məzunlara təcrübə imkanı yaratmaq, onların bilik və bacarıqlarını artırmaq, nəzəri biliklərini real iş mühitində tətbiq etmək və gənclərə peşəkar vərdişlər qazandırmaqdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış