Modern.az

Universitetlərdə təhsil haqları artırılacaq? - Rəsmi cavab

Universitetlərdə təhsil haqları artırılacaq? - Rəsmi cavab

25 İyul 2025, 11:07

Təhsil haqqının artırılması ilə bağlı hər hansı məsələ hazırda gündəmdə deyil.

Modern.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli deyib.

Onun sözlərinə görə, təhsil haqqı Nazirlər Kabinetinin müvafiq qərarı əsasında təsdiqlənir:

“Bu dəqiqə üçün, yeni təhsil mövsümünün də başladığı dövrdə bu məsələ ilə bağlı heç bir yeni məlumat yoxdur”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?