Neftçala rayonu Qədimkənd kənd tam orta məktəbinin məzunu Müşfiq Əlili I ixtisas qrupu üzrə ən yüksək nəticə – 400 balı toplayan iki abituriyentdən biridir.
Modern.az xəbər verir ki, "Azərbaycan müəllimi" ilə təəssüratını bölüşən M. Əlili bildirib ki, informasiya təhlükəsizliyi (İT) üzrə mütəxəssis olmaq istəyir:
"I ixtisas qrupu üzrə “İnformasiya təhlükəsizliyi” ixtisasına qəbul olmaq və gələcəkdə də bu ixtisas üzrə çalışmaq istəyirəm. Daha əvvəl Respublika Fənn Olimpiadasının riyaziyyat və informatika fənləri üzrə yarımfinal mərhələsinə yüksəlmişəm. Abituriyentlərə tövsiyəm odur ki, əzmlə çalışsınlar, zəhmət olan yerdə nəticə də olur".