Dövlət İmtahan Mərkəzi (DİM) 2025/2026-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün ixtisaslaşma seçiminin dəqiq tarixi hələ məlum deyil.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, qəbul olan bakalavrların qeydiyyat prosesi davam edir. Qeydiyyat yekunlaşdıqdan sonra tarixlər bəlli olan kimi bu haqda məlumat veriləcək.