Modern.az

İmtahan fırıldaqçıları ifşa edildi - DTX-dən mühüm ƏMƏLİYYAT

İmtahan fırıldaqçıları ifşa edildi - DTX-dən mühüm ƏMƏLİYYAT

Təhsil

28 İyul 2025, 19:00

Ali məktəblərə qəbul imtahanlarında müsbət nəticə əldə etmək məqsədilə bir sıra abituriyentləri xüsusi gizli texniki avadanlıqlar komplekti (mikroqulaqcıq, mikrokamera, mini telefon, naqil, Mi-Fi routeri və s.) ilə təchiz edən şəbəkə ifşa olunub.

Onlar Dövlət İmtahan Mərkəzinin müraciəti əsasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən görülmüş tədbirlərlə müəyyənləşdirilərək saxlanılıblar və barələrində DTX-də cinayət işi başlanılıb. 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz özünün sosial şəbəkə hesabında paylaşım edib.

Qeyd edilir ki, göstərilən məsələ bəzi abituriyentlərin nəticələrinin ləğv olunması ilə nəticələnib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var