Modern.az

Bakı-Ələt-Qazax yolunda təmirlə bağlı sürücülərə XƏBƏRDARLIQ

Bakı-Ələt-Qazax yolunda təmirlə bağlı sürücülərə XƏBƏRDARLIQ

Təhsil

30 İyul 2025, 16:02

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Ələt-Qazax yolunun 27-ci km-də təmir işləri ilə bağlı sürücülərə xəbərdarlıq edib.

BDYPİ-dən Modern.az-a verilən məlumata görə, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 27-ci kilometrində yerləşən dəmir yol körpüsündə təmir-bərpa işlərinin aparılması ilə əlaqədar 1 avqust saat 08:00-dan 24 avqust saat 08:00-dək nəqliyyat vasitələrinin hərəkəti hər iki istiqamət üzrə mərhələli şəkildə qismən məhdudlaşdırılacaq:

"Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən hərəkətin təşkilində ediləcək dəyişiklikləri nəzərə almalarını, qeyd olunan yol sahəsində xüsusilə diqqətli olmalarını, müvəqqəti yol nişanlarının tələblərinə ciddi əməl etmələrini və təhlükəsizliyi təmin etmələrini xahiş edir.

Qaydalara əməl edin ki, yolunuz açıq və təhlükəsiz olsun!"

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi