“Mən Mübariz Qurbanlının fikirlərinə çox müsbət baxıram. Lakin düşünürəm ki, çox həssas məsələ olduğundan bu, daha geniş müzakirə olunmalıdır”.
Bunu Modern.az-a açıqlamasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib. O, həmkarının “Ana harayı” abidəsinin Şəhidlər Xiyabanına köçürülməsi və rəsmi ziyarət protokoluna daxil edilməsi təklifini şərh edərkən bildirib ki, ümumi bir nəticəyə gəlinərsə, təklifi həyata keçirmək olar.
Xatırladaq ki, Milli Məclisin fevralın 25-də keçirən iclasında hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Mübariz Qurbanlı Xətai rayonunda yerləşən “Ana Fəryadı” memorial kompleksinin Şəhidlər Xiyabanına köçürülməsini təklif edib.
Gülşən Raufqızı