Modern.az

MİQ üzrə vakansiya seçimi - BAŞLADI

MİQ üzrə vakansiya seçimi - BAŞLADI

31 İyul 2025, 11:07

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətsiz müqavilə ilə faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisələr üzrə vakansiya seçimi mərhələsi həyata keçiriləcək.

Modern.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun nəzdində İnsan Resusları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, şəxsi səhifədə namizədlər tərəfindən qeyd edilən faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisələr üzrə vakansiya seçimi təşkil olunacaq. Vakansiya seçimində bütün fənlər üzrə test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər 4 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər.

Qeyd edilib ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir