Modern.az

Ən gözəl, füsunkar, korrupsiyaçı, məhbus deputat – FOTOLAR

Ən gözəl, füsunkar, korrupsiyaçı, məhbus deputat – FOTOLAR

Təhsil

28 Fevral 2014, 14:37

Modern.az-da dünya parlamentlərinin ən gözəl xanım deputatları növbəsi indoneziyalı Ancela Sondaxa yetişdi.

Tam adı Ancelina Patrisiya Penqkan Sondax Massaid olan bu füsunkar qadın 1977-ci ildə Avstraliyada doğulub və ilk təhsilini də məhz qürbətdə alıb. Sonralar müsəlman valideynlərinin vətəninə dönüb paytaxt Cakartada iqtisadiyyat üzrə ali təhsilini bakalavr dərəcəsində başa vurmuş A. Sondaxa ilk məşhurluq gözəllik yarışması ilə gəlib. O, “Miss İndoneziya” titulunu qazanıb və aktrisa kimi kinoda da özünü sınayıb. 2009-11-ci illərdə Anciye Massaidlə evli olmuş A. Sondaxın Keanu Cabaar adlı oğlu var.

İndoneziya parlamentində Demokratik Partiyanı təmsil edən A. Sondaxın rəsmi tərcümeyi-halındakı bu qırmızı notlar ötən il qara rəng almağa başlayıb. Təhsil Nazirliyindəki korrupsiya faktları üzrə istintaqa cəlb edilən xanım deputat əvvəlcə 4 il, daha sonra Ali Məhkəmənin hökmüylə 12 müddətinə azadlıqdan məhrum edilib. Bununla bərabər, xanım Sondax dövlət xəzinəsinə 3, 3 mln. dollar vəsaiti qaytarmalıdır. Demokratik Partiyanın təmsilçiləri öz tanınmış və ən gözəl deputatının məhbəsdən çıxarılması üçün mübarizəni hələ də davam etdirilər.

 

 

 

  Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı