Modern.az

Kliçkonun partiyasının hökumətin formalaşdırılmasından imtinasının səbəbi açıqlandı

Kliçkonun partiyasının hökumətin formalaşdırılmasından imtinasının səbəbi açıqlandı

Təhsil

28 Fevral 2014, 14:50

Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko “UDAR” partiyasının lideri Vitali Kliçko ilə Ali Radadakı təkbətək görüşünün detalları açıqlanıb. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, Kliçko görüşdə deyib: “Biz əməkdaşlığa, birlikdə hökumətin formalaşdırılmasına və digər məsələlərlə bağlı dəstəyə hazırıq. Ancaq siz əmin etməlisiniz ki, prezident postuna namizədliyinizi irəli sürməyə hazırlaşmırsınız”.

Timoşenko cavabında “yox, mən namizədliyimi irəli sürəcəyəm”, - deyib.

Kliçko: “Onda üzr istəyirəm, biz rəqibik.

Bundan sonra planları haqda tərəfdaşlarına Timoşenkonun məlumat verəndə Kliçko da bunun şahidi olub.

Kliçkonun partiyasının bundan sonra yeni hökumətin formalaşdırılmasında iştirakdan imtina etdiyi bildirilir.

 

  Modern.az    
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı